- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Vaşinqton şəhərində keçirilən 27-ci Ümumdünya Qaz Konfransında çıxış edib.
Energetika naziri Pərviz Şahbazov 25-29 iyun tarixlərində keçiriləcək 27-ci Ümumdünya Qaz Konfransında iştirak məqsədilə ABŞ-ın Vaşinqton şəhərində səfərdədir.
Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının prezidenti Suhail Mohamed Al Mazrouei ilə görüşüb.
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.
Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşüb.
Energetika naziri Pərviz Şahbazov Vyanda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb. Görüşdə neft bazarında mövcud vəziyyət, neft hasilatınının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişikliklərin mümkün variantları nəzərdən keçirilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib.
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak məqsədilə Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Tədbirdən əvvəl hər iki ölkə nümayəndələri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov 21-23 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barrel olub.