- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazov Nazirliyin kollektivini Qələbə münasibəti ilə təbrik edib
Energetika naziri Pərviz Şahbazov Nazirliyin kollektivini əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı Qələbə münasibəti ilə təbrik edib.
Vətənin müdafiəsi naminə canlarını əsirgəmədən döyüşərək, hünər və həqiqi vətənpərvərlik nümunəsi göstərən əsgər və zabitlərimizin rəşadəti, iradəsi və ruh yüksəkliyi haqqında danışan Nazir qeyd edib ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və ölkəmizin son illərdə siyasi, iqtisadi, diplomatik, ordu quruculuğu və digər sahələrdə əldə etdiyi uğurların nəticəsidir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat ölkəmizin maraqlarına tam uyğundur və belə bir mühüm sənədin imzalanması döyüş meydanında qazanılan qələbə sayəsində mümkün olub.
Sonda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyatını itirmiş hərbiçilər, həmçinin hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.