- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Energetika Nazirliyinə daxil olmuş inzibati xətalar haqqında 105 işə baxılıb. Bunlardan 95-i təbii qazın, 10-u isə elektrik enerjisinin talanması ilə bağlı olub. Daxil olmuş 84 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 1678 ərizə və müraciət daxil olub.
Energetika Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 19 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etmək məqsədilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Astanada səfərdədir.
Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib.
Energetika Nazirliyinin təşkilatçılığı, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), bir sıra dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə “Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit” mövzusunda tədbir keçirilib.
2018-ci ilin III rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 58 hüquqi şəxsə icazə verilib.
31 oktyabr 2018-ci il tarixində Astanada Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.
Energetika naziri Pərviz Şahbazov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika parlamentinin deputatı xanım Qabriela Kuevas Baronu qəbul edib.
Bakıda Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatının (ANRE) birgə iştirakı ilə “Enerjinin tənzimlənməsinə dair əsas fəaliyyət istiqamətləri” adlı üçgünlük seminar öz işinə başlayıb.