<

2021-ci ilin fevral ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barrel olub. Bunun 593 min barrelini xam neft, 148 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barrel təşkil edəcək. 
 

Digər xəbərlər