- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri Almaniyanın Azərbaycandakı səfirini qəbul edib
Energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniqi qəbul edib. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.
Nazir Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.
Səfir bərpa olunan enerji sahəsində Almaniya təcrübəsi haqqında danışıb, həmçinin cari ilin 16-17 mart tarixlərində keçirilməsi planlaşdırılan “Berlin Energy Transition Dialogue 2021” beynəlxalq konfransına dəvət məktubunu təqdim edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir müzakirəsi aparılıb.