- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Energetika naziri Pərviz Şahbazov ilə BP-nin Qlobal Upstrim Regionlar üzrə Əsas Əməliyyatçısı Uilliam Lin, eləcə də şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib.
2019-cu ilin I yarısında Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, vətəndaşların elektrik enerjisi təchizatı, qazlaşdırma və digər məsələlərlə bağlı 1847 müraciət daxil olub.
Energetika naziri Pərviz Şahbazovla Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
2019-сu ilin 6 ayı ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında enerji təchizatı üçün hazırlanmış 124 layihə razılaşdırılıb.
Respublikada iyun ayı üzrə gündəlik neft hasilatı 768 min barrel olub. Bunun 695 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib. Gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac edilib.
2019-cu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində ümumilikdə 1004 sayda araşdırma aparılıb. Elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə əlaqədar büdcədən maliyyələşən istehlakçılarda 542 sayda texniki araşdırma aparılıb.
Energetika naziri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Quqlielmo Pikkinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
2019-cu ilin I yarısında Energetika Nazirliyində inzibati xətalarla bağlı 469 işə baxılıb. Bunlardan 435-i təbii qaz, 34-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 121 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
Energetika naziri Pərviz Şahbazovla “Xəzər Siyasət Mərkəzi” idarə heyətinin üzvü Robert Sekuta arasında görüş keçirilib. Görüşdə Xəzər regionu ətrafında vəziyyət, qlobal miqyasda enerji sektorunda müşahidə olunan tendensiyalar, eləcə də yeni texnologiyalar və rəqəmsallaşmanın təsirləri ilə bağlı məsələlər müzakirə edilib.
2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması məqsədlə Norveçin DNV GL Energy Advisory GmbH şirkəti ilə birlikdə qanunvericilik aktlarının hazırlanmasına başlanılıb.