- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Energetika Nazirliyində bir sıra dövlət qurumlarının, BMT İnkişaf proqramı və DNV-GL beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji üçün əlverişli siyasi çərçivənin tətbiqinə dəstək” mövzusunda tədbir keçirilib.
Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib.
Rumıniyanın paytaxtı Buxarestdə işgüzar səfərdə olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın enerji tənzimləyici qurumu ANRE-nin (National Regulatory Authority for Energy) nümayəndələri ilə bir sıra əhəmiyyətli görüşlər keçirib.
Sabah Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Energetika Nazirliyi və Yaponiyanın “Mitsui” şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərliyi etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdədir.
Albaniyada iyunun 13-də keçirilmiş Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Energetika nazirinin müavini Samir Vəliyev qurumun baş katibi Urban Rusnak ilə görüşüb.
Energetika Nazirliyinin təşkilatçılığı, “Azərenerji” ASC, “Azərişıq” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, bir sıra beynəlxalq şirkət və maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı” mövzusunda növbəti dəyirmi masa keçirilib.
Energetika naziri və nazir müavinləri Xaçmaz, Quba və Siyəzən şəhərlərində vətəndaşları qəbul edəcək
İyunun 28-də Energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.