Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub

Energetika Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 19 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib

Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib.

“Siemens Gamesa” şirkəti ilə alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin iştirakı və “Siemens Gamesa” şirkətinin nümayəndələri ilə birgə Azərbaycanın alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları mövzusunda dəyirmi masa keçirilib.