<

Mayın 27-də Energetika nazirinin müavinləri  Samir Vəliyev Masallı və Yardımlı, nazir müavini Elnur Soltanov isə Lerik  rayonlarından olan vətəndaşları qəbul ediblər.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətləri qazlaşma, qaz sayğaclarının quraşdırılması, elektrik enerjisinə görə yaranan borcun silinməsi, elektrik enrjisi təchizatında fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.

Ümumilikdə qəbullarda 20-ə yaxın vətəndaş müraciət edib.

Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Masallı və Lerikdə təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-də, Energetika Nazirliyinin rəsmi internet saytında (www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, Nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.

Digər xəbərlər