<

Energetika Nazirliyinin 19 oktyabr 2020-ci il tarixli əmri ilə Mikayılov Cahid İlham oğlu Nazirliyin Mətbuat sektorunun müdiri – mətbuat katibi vəzifəsinə təyin olunub.
Cahid Mikayılov 2011-ci ildə Azərbaycan Texniki Universitetini bakalavr, 2017-ci ildə isə magistr təhsil pilləsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 2013-cü ilin mart ayından etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində məsləhətçi olaraq başlayıb. Daha sonra Dövlət Agentliyinin Texniki tənzimləmə şöbəsində böyük məsləhətçi vəzifəsinə qədər yüksəlib.  2018-ci ilin aprel ayından Energetika Nazirliyində müxtəlif şöbələrdə böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri vəzifələrini icra edib. İxtisasca bərpa olunan enerji mənbələri üzrə mühəndis-energetikdir.
Dövlət qulluğunda ixtisas dərəcəsi “1-ci dərəcə dövlət qulluqçusu”dur.
Əlaqə vasitələri:
E-poçt: jahid.mikayilov@minenergy.gov.az
Tel: (+99412) 598-16-53/54 (daxili: 1052)
Mob: (+99455) 261-77-28

 

Digər xəbərlər