- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Energetika Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər və önünə gül dəstələri qoyublar.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri düzülüb, xatirələri yad edilib.