Mayın 12-də energetika naziri Pərviz Şahbazov Nazirlikdə vətəndaşları qəbul edib.

Aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbulda Bakı şəhəri, Biləsuvar və Kürdəmir rayonlarından olan vətəndaşların elektrik dirəklərinin istismar vəziyyəti, enerji verilişində fasilələr, enerjidən istifadəyə görə borcun yaranması, tikintiyə icazə rəyi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər.

 

Digər xəbərlər