Azərbaycan Respublikasının Energetika Nazirliyi 2019-cu il 20 fevral tarixində Bakıda keçiriləcək beynəlxalq tədbir üçün şam, nahar yeməkləri, suvinirlər, dəftrəxana ləvazimatları, əklil, rolaplar, bannerlər, notebook və planşetlərin icarəsi, foto albomların hazırlanması, nəqliyyat vasitələrinin icarəsi və tərcümə xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Maraqlanan təşkilatlar (012) 598-16-53/54/55 (1132); (050) 204-08-07 (Elçin Mehrəliyev) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 15 fevral 2019-cu il saat 11:00 tarixinədək qəbul olunur
Ünvan: Bakı, Heydər Əliyev pr. 152 (Çinar Plaza, AZ1029).