<

Azərbaycan Respublikası Energetika  Nazirliyi öz ehtiyaclarını təmin etmək məqsədi ilə dəftərxana və təsərrüfat mallarının satın alınması üçün Açıq Tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər etender.gov.az internet səhifəsindən əldə edə bilərlər. Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon 598 16 53/54 – daxili 1132).

İştirak haqqı 150 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:      Dövlət Xəzinədarlıq Agentliyi

                                   Kod: 210005,

                                   VÖEN:1401555071

                                   M/h: AZ41NABZ01360100000000003944 

                                   SWİFT :CTREAZ22

Alan:                          Energetika Nazirliyi

                                   VÖEN:1300087531

                                   Hesab №: AZ44CTRE00000000000002218301

 

Təyinatı mütləq yazılmalıdır!

 

Təyinatı:                    Tenderdə iştirak haqqı

                                    Energetika Nazirliyi

                                    XHK 2218301   

                                    Büdcə səviyyəsinin kodu: 7

                                    İqtisadi təsnifat: 142340

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  • tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır);

Sənədlər Azərbaycan dilində olmalıdır.

Elektron tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 12 mart 2020-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 27 mart 2020-ci il saat 16.01-ə qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 30 mart 2020-ci il saat 17.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 2020-ci il fevralın 20-dən sonra əldə etmək olar.

TENDER KOMİSSİYASI