<

Tender 1 lot üzrə keçirilir:

Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanmasına dair  iş və xidmətlərin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında  yerləşən “Çinar Plaza” İş Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisindən əldə edə bilərlər. Əlaqələndirici şəxs – Gülnarə Nuriyeva (telefon 598 16 53/54 – daxili   1130,  mob: +994504502085)

İştirak haqqı 450 manat. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:      Dövlət Xəzinədarlıq Agentliyi

                                   Kod: 210005,

                                   VÖEN:1401555071

                                   M/h: AZ41NABZ01360100000000003944 

                                   SWİFT :CTREAZ22

Alan:                          Energetika Nazirliyi

                                   VÖEN:1300087531

                                   Hesab №: AZ44CTRE00000000000002218301

Təyinatı mütləq yazılmalıdır!

Təyinatı:                    Tenderdə iştirak haqqı

                                    Energetika Nazirliyi

                                    XHK 2218301   

                         Büdcə səviyyəsinin kodu: 7

                                    İqtisadi təsnifat: 142340

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; 
  6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  7. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  8. İddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar) hüquqlarını, ixtisaslarını və ixtisas göstəricilərini təsdiq edən sənədlər;
  9. İddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar)  işçi heyətinə (mütəxəssislər, ekspertlər) daxil olacaq mütəxəssislərin peşəkarlığını və təcrübəsini təsdiq edən sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı, istisna olmaqla08 may 2019-ci il il, saat 12:00-a qədər, tender təklifi, bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 may 2019-cu il, saat 12:00-a qədər Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 13-cü mərtəbəsində yerləşən ofisinə (Ümumi şöbəyə) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22 may 2019-cu il, saat 16:00-da Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 

TENDER KOMİSSİYASI