Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən “10” yanvar 2019-cu il tarixdə keçirilmiş “Ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədi ilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfiyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması” işlərinin satın alınmasına dair açıq tenderdə Almaniyanın “VPC Sustainable Engineering and Consulting” GMBH şirkəti qalib elan edilmiş və qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.