<

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi PHŞ müxtəlif növ mebellərin satınalınması üzrə

A Ç I Q   T E N D E R   E L A N    E D İ R
Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti 152 ünvanından (Əlaqələndirici şəxs: Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşı Fərid Dərziyev (telefon: 012 598 16 53/54) əldə edə bilərlər.

İştirak haqqı 200 manatdır.

Hesab nömrəsi: AZ61AİİB38060019440356203102

VÖEN: 1603161411

Bankın adı: “Kapital Bank” ASC Mərkəz filialı

Kod: 200026

VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944 SWİFT BİK: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Agentliyə təqdim etməlidirlər:

-    tenderdə iştirak etmək üçün yazılı müraciət;

-    tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-    tender təklifi (tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

-    tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-    iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-    iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-    iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-    malgöndərənin ixtisas göstəricilərinə dair məlumatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 sentyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 sentyabr 2018-ci il saat 14.00-a qədər Bakı şəhəri, Heydər Əliyev prospekti 152 ünvanına, Agentliyin ümumi şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 sentyabr 2018-ci il saat 14.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 


Tender Komissiyası