- Main page
- Regulations
- Elektrik və istilik enerjisi şöbəsinin əsasnaməsi
Elektrik və istilik enerjisi şöbəsinin əsasnaməsi
Azərbaycan Respublikası Energetika Nazirliyinin
________23-cü il tarixli _____ nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Energetika Nazirliyinin
Elektrik və istilik enerjisi şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Elektrik və istilik enerjisi şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində elektrik və istilik enerjisi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinində iştirak edən nazirliyin aparatının struktur bölməsidir.
1.3 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının Energetika Nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorları (bundan sonra - Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;
2.2. elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, təchizatı sahələrində enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
2. 3. müvafiq sahədə enerji təhlükəsizliyini və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;
2. 4. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bu Əsasnamə ilə müəyyən edilmiş hallarda iştirak etmək;
2.5. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlərin görülməsində iştirak etmək;
2. 6. müvafiq sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsinin təmin edilməsində və onun aparıcı istiqamətlərinin müəyyənləşdirməsində iştirak etmək;
2. 7. müvafiq sahənin inkişafının təmin edilməsində iştirak etmək.
3. Şöbənin vəzifələri
3. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1. müvafiq sahənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edilməsində iştirak edir;
3.2. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.3. müxtəlif enerji mənbələrindən elektrik və istilik enerjisinin istehsalı və istehlakı proqnozlarının hazırlanması və həyata keçirilməsində iştirak edir;
3.4. Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edir;
3.5. “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada elektroenergetika sahəsində nəzarəti həyata keçirir;
3.6. enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlərin görülməsində iştirak edir;
3.7. əhalinin və iqtisadiyyatın elektrik və istilik enerjisinə olan tələbatının dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görür;
3.8. dövlət müəssisələri üzrə elektrik və istilik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edir;
3.9 müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrin fəaliyyətində dövlət maraqlarını təmsil edir;
3.10 müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün elektrik və istilik enerjisinin istifadəsi, texnoloji sərfi və itki normalarının müəyyənləşdirilməsində, təsdiq edilməsi üçün təqdim edilməsində və icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
3.11. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyasının işində iştirak edir;
3.12. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarını razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
3.13. müvafiq sahədə enerji səmərəliliyi, enerjiyə qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir;
3.14. elektrik və istilik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə mexanizminin yaradılması və tətbiqində, həmçinin enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak edir;
3.15. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.16. müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
3.17. müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.18. enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;
3.19. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;
3.20. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətini əlaqələndirir;
3.21. müvafiq sahəyə aid beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.22. Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin elektoenergetika sahəsinə aid məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak edir;
3.23. müvafiq sahəyə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyaların cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;
3.24. müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;
3.25. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin hazırlamasında iştirak edir;
3.26. fəaliyyət istiqamətləri ilə bağlı müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində və onların pozulmasının qarşısını alınmasında iştirak edir;
3.27. müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təmiz (enerji tutumu az olan) texnologiyaların tətbiq olunmasında iştirak edir;
3.28. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
3.29. şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
3.30. şöbənin fəaliyyəti ilə bağlı fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə və sorğulara baxır, fiziki şəxslərin qəbulunu təmin edir, daxil olmuş müraciətlərə və sorğulara vaxtında cavab verir;
3.31 . fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4. Şöbənin hüquqları
4. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4. 1. müvafiq sahənin inkişaf dinamikasını təhlil etmək;
4. 2. müvafiq sahədə əlverişli investisiya şəraiti yaratmaq üçün təkliflər vermək;
4.3. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;
4. 4. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4.5. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.6. müvafiq sahəyə aid olan dövlət mülkiyyətindəki əsas vəsaitlərin balansdan-balansa verilməsinə və balansdan silinməsinə rəy vermək;
4. 7. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;
4.8. görülən işlər barədə müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;
4.9. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
4.10. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.11 müvafiq sahədə işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;
4.12. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
4.13. müvafiq sahə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;
4.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbə nazirin əmri ilə yaradılır və ləğv edilir. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Elektrik enerjisi sektoru və İstilik enerjisi sektoru daxildir. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir.
5.2. Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavini həyata keçirir.
5.5. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
5.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
5.6.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
5.6.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.6.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.6.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
5.6.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;
5.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;
5.6.8. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.6.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
5.6.11. şöbəni təmsil edir.
5.6.12.Şöbə müdiri Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətində hüquq pozuntusu aşkar etdikdə, Nazirə bu barədə məlumat verməyə borcludur
5.7. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri
6.1. Elektrik enerjisi sektorunun vəzifələri aşağıdakılardır:
6.1.1. Elektrik enerjisi sahəsinin (bu bölmə üzrə bundan sonra – müvafiq sahə) perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həmin istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasının və həyata keçirilməsinin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edilməsində iştirak edir;
6.1.2. Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.3. Elektrik enerjisinin istehsalı və istehlakı proqnozlarının hazırlanması və həyata keçirilməsində iştirak edir;
6.1.4. Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edir;
6.1.5. “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə nəzarəti həyata keçirir;
6.1.6. Enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlərin görülməsində iştirak edir;
6.1.7. Əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görür;
6.1.8. Dövlət müəssisələri üzrə elektrik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edir;
6.1.9. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətində dövlət maraqlarını təmsil edir;
6.1.10. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün elektrik enerjisinin istifadəsi, texnoloji sərfi və itki normalarının müəyyənləşdirilməsində, təsdiq edilməsi üçün təqdim edilməsində və icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
6.1.11. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyasının işində iştirak edir;
6.1.12. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;
6.1.13. Elektrik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə mexanizminin yaradılması və tətbiqində, həmçinin enerjiyə qənaət proqramlarının enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak edir;
6.1.14. Müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.15. Müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;
6.1.16. Müvafiq sahədə təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.17. Enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;
6.1.18. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;
6.1.19. Müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətini əlaqələndirir;
6.1.20. Müvafiq sahəyə aid beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
6.1.21. Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin müvafiq sahəyə aid məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak