<

Energetika Nazirliyi vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə elan edir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. Namizədlər müsahibəyə təqdim edilmiş Daxili nəzarət şöbəsinin İnzibati-təşkilati nəzarət sektorunun məsləhətçisi və Strateji proqramlar və islahatlar şöbəsinin məsləhətçisi vakant vəzifələri üzrə sənədlərini təqdim edə bilərlər.

Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilər.

Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibəyə qatıla bilər.

Müsahibədə iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 15 oktyabr 2018-ci il tarixdən 15 noyabr 2018-ci il tarixədək (30 gün müddətində) elektron müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Namizədlər müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə edə bilər. Ətraflı:

http://eservices.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=57