- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Xəbərlər arxivi
Bakıda SOCAR-ın dəstəyi ilə IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumu keçirilib. Tədbirdə energetika naziri Pərviz Şahbazov iştirak edib.
Bu gün Türkiyənin İstanbul şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib.
Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) tam və assosiativ üzvlərinin nümayəndələrinin görüşü baş tutub.
2019-cu ilin I rübü ərzində Energetika Nazirliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 795 müraciət daxil olub.
OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.
Energetika naziri Pərviz Şahbazovun Şirvan şəhərində aprelin 26-da nəzərdə tutulan vətəndaşları qəbul vaxtı dəyişib. Nazir aprelin 29-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.
Respublikada mart ayı üzrə gündəlik neft hasilatı 798 min barrel olub. Bunun 714 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 586 min barrel xam neft, 84 min barrel kondensat, 19,7 min barrel isə neft məhsulları ixrac edilib.
2019-cu ilin I rübündə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub.
2019-cu ilin I rübü ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb. Bunlardan 22-i təbii qaz, 24-ü isə elektrik enerjisi ilə bağlı olub. Təbii qazla bağlı 6 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.