<

Energetika naziri Pərviz Şahbazovla “Xəzər Siyasət Mərkəzi” idarə heyətinin üzvü Robert Sekuta arasında görüş keçirilib. Görüşdə Xəzər regionu ətrafında vəziyyət, qlobal miqyasda enerji sektorunda müşahidə olunan tendensiyalar, eləcə də  yeni texnologiyalar və rəqəmsallaşmanın təsirləri ilə bağlı məsələlər müzakirə edilib.  Söhbət zamanı Xəzər regionunun enerji və nəqiyyat layihələri ilə inteqrasiya prosesində rolundan bəhs edilib. “OPEC plus” formatında neft bazarının tənzimlənməsi prosesi, “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti və Azərbaycanın energetika sektorunda islahatlara dair hədəfləri ilə bağlı fikir mübadiləsi aparılıb. Energetika naziri ABŞ-ın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən “Cənub Qaz Dəhlizi”nə dəstəyini yüksək qiymətləndirib. Nazir bu əməkdaşlığın Avropalı istehlakçılara tezliklə yeni mənbədən qazın çatdırılmasına və diversifikasiya məqsədinə töhfə verdiyini deyib.

Energetika naziri Pərviz Şahbazov həmçinin, hazırda bərpa olunan enerji sahəsində və energetika sektorunun liberallaşması istiqamətində qarşıda duran vəzifələr və görülən işlər barədə də ətraflı məlumat verib.

Digər xəbərlər