Şuşa şəhərinin bir sıra obyektlərinin istilik mövsümündə isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması vəziyyətinin yoxlanılması məqsədilə energetika naziri Pərviz Şahbazov oktyabr ayının 28-də Şuşaya səfər edib. Nazir Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və digər nümayəndələrlə birgə Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat” ASC-nin istilik qazanxanalarına baxış keçirib, görülən işlərlə tanış olub.
Qeyd edək ki, Şuşa şəhərində müvafiq istilik qazanxanaları bu gündən etibarən qış mövsümünə tam hazırdır.
 

Digər xəbərlər