<

Energetika Nazirliyində “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında peyk müşahidəsi xidmətlərindən energetika sahəsində tətbiq imkanları müzakirə edilib. Energetika nazirinin müavini Samir Vəliyev bir çox istiqamətlərdə olduğu kimi kimi energetika sahəsində də peyk xidmətlərindən istifadənin vacib olduğunu qeyd edib və “Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nda 4 istiqamət üzrə tədbirlərdə Energetika Nazirliyinin icraçı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Azərkosmos” ASC ilə əməkdaşlıq peyk müşahidəsi xidmətlərindən yararlanmaqla hasilat sənayesində, alternativ enerji mənbələri üzrə potensialın müəyyənləşdirilməsi, külək elektrik parkları, günəş elektrik stansiyalarının layihələndirilməsi, külək, günəş enerjisi istehsalının proqnozlaşdırılmasında, elektrik enerjisi obyektlərinin monitorinqində mühüm nəticələr əldə edilə bilər.

“Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edildiyini qeyd edib və bildirib ki, peyk vasitəsilə təklif olunan xidmətlər energetika sahəsində bir çox istiqamətərdə dəqiq məlumatların əldə edilməsinə, proqnozlaşdırma və planlaşdırma işlərinə kömək edə bilər.

Sonra “Azərkosmo”sun məsafədən müşahidə imkanları, “Azersky” peyk təsvirlərinin energetika məqsədləri üçün istifadə perspektivlərinə dair təqdimat edilib.

Digər xəbərlər