Energetika Nazirliyində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə edilmiş razılığa əsasən, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təhlükəsinə dair “təlimçilərin təlimi” formatında seminar keçirilib.

Təlimdə ANAMA-nın ekspertləri tərəfindən təqdimatla çıxış edilib, partlayıcı sursatlar nümayiş etdirilib, mina hadisələrinin qarşısının alınması, təhlükə riskinin azaldılması üçün nazirliyin əməkdaşlarına təhlükəli ərazilərin əlamətləri, partlayıcı sursatların aşkarlanması, təhlükəli ərazilərdə davranış və ümumi təlimatlandırma qaydaları haqqında məlumat verilib.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, təlim iştirakçıları test edilib və testi uğurla keçmiş iştirakçılara sertifikatlar təqdim olunub.

Təlimdə Energetika Nazirliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

 

Digər xəbərlər