2022-ci ilin 4-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verilib. Bu icazələrdən 38-i ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixracı, 11-i isə tranziti ilə bağlı olub.

Ümumilikdə 2022-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyi tərəfindən 155 icazə verilib ki, bunlardan 127-ni ixrac nəzarətinə düşən malların idxalı, 8-ni ixracı, 20-ni isə tranziti ilə bağlı icazələr təşkil edib.

Hesabat dövründə bütün icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

 

Digər xəbərlər