2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 199,8 mln. kVt·st, yəni 7,8 % artaraq 2 759,8 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 210,1 mln. kVt·st artaraq 2 664,7 mln. kVt·st, SES-lərdə 13,5 mln. kVt·st azalaraq 67,2 mln. kVt·st təşkil edib. Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 27,96 mln. kVt·st olub. Ay ərzində külək elektrik stansiyalarında 4,68 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,93 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2023-cü ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 523,5 mln. kVt·st (İES-lərdə 2 460,0 mln. kVt·st, SES-lərdə 63,5 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 28,85 mln. kV·st (İES-lərdə 21,98 mln. kVt·st, SES-lərdə 3,24 mln. kVt·st, Günəş ES-də 3,63 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 203,6 mln. kVt·st təşkil edib.

Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st, ixracı isə 512,6  mln. kVt·st olub.

 

 

Digər xəbərlər