Energetika Nazirliyi və ADA Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində “Nitq vərdişləri və danışıqların aparılması” mövzusunda təlim keçirilib.

Təlimdə Gürcüstanın Strategiya və İnkişaf Mərkəzinin İdarə Heyətinin üzvü Giorgi Goguadzenin strateji kommunikasiyada natiqlik bacarıqlarının rolu, qurumdaxili və qurumlararası əlaqələndirmə, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, məlumatlandırma tədbirlərinin planlaşdırılması və icrası kimi mövzuları əhatə edən təqdimatı dinlənilib. Cari informasiya mühiti, onun çətinlikləri, ünsiyyət qaydaları və böhran kommunikasiyasının xüsusiyyətlərinə dair fikir mübadiləsi aparılıb. İştirakçıların sualları cavablandırılıb.

ADA Universitetində təşkil edilmiş təlimdə Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin 17 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər