- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası müzakirə edilib
Avstriyanın paytaxtı Vyana şəhərində, OPEC Katibliyində “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” üzrə qeyri-OPEC ölkələrinin yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanı energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib. “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” müzakirə edilərək, iştirakçıların rəyləri öyrənilib. Cari ilin aprel ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması və OPEC+ ölkələri nazirlərinin növbədənkənar görüşündə imzalanmaya təqdim edilməsinin vacibliyi qeyd olunub.