Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova çıxış edərək münaqişələrin növləri və yaranma səbəbləri, onların idarə edilməsi üçün mövcud metodlar barədə məlumat verib, münaqişələrin qarşısının alınması və nizamlanması üçün effektiv vasitələrdən bəhs edib.

Daha sonra təlim iştirakçıları arasında münaqişəli vəziyyətlərin qiymətləndirilməsi və konstruktiv həll yollarının müəyyənləşdirilməsi üzrə fərdi və qrup şəklində tapşırıqlar yerinə yetirilib.

Sonda münaqişəli vəziyyətlərdə davranış strategiyaları və həll yolları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 30 nəfər əməkdaşı iştirak edib.

Digər xəbərlər