<

Ermənistan Silahlı Qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyinə qarşı yönəlmiş növbəti cinayət hadisəsidir. Raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regonal fəlakətin qarşısı alınmış oldu. Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES və Mingəçevir SES hazırda normal rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazovun Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciəti Beynəlxalq Enerji Xartiyası Katibliyinin rəsmi səhifəsində yayılıb. Müraciət OPEC Baş Katibliyi tərəfindən də “OPEC plus” ölkələrinə göndərilib.

Digər xəbərlər