- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti tikinti obyektlərinin istismara qəbulu prosesini asanlaşdırıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən tikinti obyektlərinə verilmiş texniki şərtlər əsasında hazırlanmış elektrik və qaz təchizatı layihələrinin ekspertiza və qeydiyyatı 3 iş günü müddətində həyata keçirilir. Hazırda istehlakçıların, eləcə də sahibkarların elektrik və qaz təchizatına qoşulması üçün layihələr tikinti-quraşdırma işlərinə başlamazdan əvvəl razılaşdırılır. Bu isə həmin obyektlərin istismara qəbulu prosesində yarana biləcək problemlərin vaxtında aradan qaldırılmasına, eyni zamanda ləngimə hallarının qarşısının alınmasına xidmət edir.
Agentliyinin regional bölmələri tərəfindən 2018-сi ilin yanvar-avqust aylarında enerji təzhizatı üçün 68 layihə razılaşdırılıb. 1127 sayda idarə və müəssisənin isə qaz təchizatının layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb, 37 sayda layihə-smeta sənədinin qeydiyyatından imtina edilib.
Tikinti obyektlərinin elektrik və qaz təsərrüfatlarının istismara qəbulu prosesi də Agentliyin regional bölmələri tərəfindən qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə tam obyektiv və şəffaf şəkildə həyata keçirilir. Belə ki, əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi və qaz təchizatı üçün quraşdırılmış qurğuların istismara buraxılması üçün akt alınması prosesi sadələşdirilib, tələb olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb. İstismara buraxılma aktlarının verilmə müddəti isə 5 iş gününə endirilib.
2018-сi ilin yanvar-avqust ayları ərzində istehlakçıların elektrik qurğularına 151 sayda istismara buraxılma aktı verilib. 159 sayda sənaye qaz qurğusu istismara qəbul edilib. 131 sayda sənaye qaz qurğusu isə qaz xəttləri layihəyə uyğun çəkilmədiyinə, qaz qurğu və avadanlıqları tam quraşdırılmadığına görə istismara qəbul edilməyib.
Bundan başqa, istismara buraxılma aktları verilərkən gələcəkdə şikayətlərin və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çəkilmiş elektrik xəttlərinin mühafizə zonasının pozulmamasına da ciddi nəzarət edilir.