<

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin regional bölmələri tərəfindən 2018-сi ilin yanvar-avqust ayları ərzində elektrik enerjisi ilə təchizatı sahəsində etibarlılığın, səmərəliyin və dayanıqlılığın artırılması məqsədilə istehlakçıların elektrik təsərrüfatlarında 390 sayda texniki araşdırma aparılıb. "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərinin pozulmasına görə aktlar tərtib edilib və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.

Agentliyin regional bölmələri tərəfindən eyni zamanda büdcədən maliyyələşən müəssisələrdə qazın nəqli, paylanması, istifadəsi və satışında, həmçinin, sənaye və məişət qaz qurğularının, avadanlıqların, kəmərlərin və digər obyektlərin layihələndirilməsi və yenidən qurulmasında qazdan səmərəli istifadənin, qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, “Qazdan istifadə Qaydaları”nın və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 2018-ci ilin yanvar-avqust ayında 387 obyektdə yoxlama aparılıb.

Elektrik və istilik təsərrüfatı subyektlərində baş verə biləcək bədbəxt hadisələrin, o cümlədən qəza, qətl və yanğın hallarının qarşısının alınması məqsədilə bu sahədə çalışan əməkdaşların, təsərrüfata cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarından biliyinin yoxlanılması  da mühüm əhəmiyyət kəsb edir.  Bu məqsədlə 2018-сi ilin yanvar-avqust ayında 60 müəssisədə 122 nəfər elektrotexniki heyətin texniki  biliklərinin qiymətləndirilməsi aparılıb.

Digər xəbərlər