<

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin, habelə qazın qiymətlərinin (tariflərinin) bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, ölkədə enerji sahəsində vahid qiymət (tarif) siyasətinin formalaşdırılması məqsədilə İqtisadi təhlil, tarif və statistika şöbəsinin Tarif sektoruna baş mütəxəssis vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir. Bu barədə Energetika Nazirliyinin rəsmi internet səhifəsinin "Elan” bölməsinə daxil olaraq daha ətraflı tanış ola bilərlər.

Digər xəbərlər