12-14 oktyabr tarixlərində Avropa İttifaqının “Azərbaycanda enerji səmərəliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində binalarda enerji effektivliyi, eko-dizayn və enerji etiketlənməsi sahələrində məlumatlılığın artırılması və kommunikasiya fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə seminar keçirilib.
Seminar enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulların enerji etiketlənməsi və ekoloji dizayn tələbləri, binalarda enerji effektivliyi üzrə məlumatlandırma kampaniyalarının aparılması, bu kampaniyalar üzrə hədəf qruplarının seçilməsi, mümkün kommunikasiyası vasitələrinin və kanallarının müəyyən edilməsi, sosial media da daxil olmaqla kommunikasiya tədbirlərinin işlənib hazırlanmasına həsr olunub.
Ümumilikdə 70-dən çox nümayəndənin iştirak etdiyi seminarda dövlət qurumları, yerli biznes təmsilçiləri, Aİ-nin Merlər Razılaşmasını imzalayan bələdiyyələrin nümayəndələri, Aİ-nin Gənc Səfirləri, elmi dairələr və vətəndaş cəmiyyəti daxil olmaqla müxtəlif qruplar iştirak edib.

Digər xəbərlər