Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında baş tutan minifutbol turnirinin final oyunu keçirilib.
Finalda “SOCAR” və “Azərişıq” ASC-nin komandaları qarşılaşıb.
Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Yarımfinal və final oyunlarının nəticələrinə görə “Azəristiliktəchizat” ASC 3-cü, “Azərişıq” ASC 2-ci yerə çıxıb. “SOCAR” isə turnirin qalibi olub və keçici kubokla mükafatlandırılıb. İlk 3 yeri tutmuş komandaların oyunçuları, həmçinin bir neçə nominasiya üzrə fərqlənən oyunçular diplom və medallarla təltif olunub. 
 

Digər xəbərlər