Energetika Nazirliyinin əməkdaşları ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilmiş “İdarəetmədə yeni trendlər” adlı təlimdə iştirak ediblər.

“Çevik 100 İl” ideya müsabiqəsinin qalibləri üçün keçirilmiş təlimdə iştirakçılara liderlik, emosional zəkanın inkişaf etdirilməsi, idarəetmədə innovativ yanaşma kimi bacarıqlar aşılanıb və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, cari ilin 10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Çevik 100 İl” ideya müsabiqəsində Energetika Nazirliyinin əməkdaşları “Ağdam” komandası adı altında “Səmərəli həll” nominasiyasında qalib olublar.

 

Digər xəbərlər