<

Energetika Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib

Energetika nazirinin müavini Samir Vəliyev əsas icracı kimi 11 dövlət qurumu tərəfindən strateji yol xəritəsinin 7 hədəfi, 14 prioriteti üzrə 2017-ci ildə tamamlanması nəzərdə tutulmuş tədbirlərin ilkin qiymətləndirməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. Nazir müavini eyni zamanda cari ilin 6 ayı üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələrin aparılacağını və bu məqsədlə dövlət qurumlarının müvafiq məlumatları vaxtında təqdim etmələrini qeyd edib.

İclasda ötən il üzrə qismən icra olunmuş tədbirlər üzrə son vəziyyətə dair təhlillər də aparılıb. Eyni zamanda 2018-ci ilin 6 ayı ərzində Strateji Yol Xəritəsi üzrə Tədbirlər Planının icra vəziyyəti, görülmüş işlər, verilmiş tapşırıqlar, üzləşilən çətinliklər və sənədlərdə yol verilən nöqsanlar  da nəzərdən keçirilib.  Tədbirlərin icra prosesinin səmərəli təşkili üçün tövsiyələr verilib.

Digər xəbərlər