- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib
Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, fevralın 1-də Energetika Nazirliyində videoformatda vətəndaş qəbulu keçirilib. Energetika naziri Pərviz Şahbazov daxil olmuş müraciətlər əsasında Bakı şəhəri və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri dinlənilib, zəruri izahlar təqdim edilib, qaldırılan məsələlərlə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, daxil olan bütün vətəndaş müraciətləri aidiyyəti üzrə araşdırılır və müvafiq qaydada zəruri tədbirlər görülür.
Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2021-ci il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib. Vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.
Xüsusi karantin rejimi müddətində vətəndaş qəbulu onlayn olaraq həyata keçirilir.