Energetika Nazirliyində 2 fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə “Vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov gəncləri “Azərbaycan Gənclər Günü” münasibətilə təbrik edərək, ölkəmizin uğurla həyata keçirdiyi dövlət siyasətində gənclər siyasətinin aparıcı yer tutduğunu bildirib. Bu gün Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildiyi, dövlətimizin mütərəqqi inkişafı və tərəqqisinə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşı, şəhid Orxan İsmayılovun həyat yoldaşı Fərqanə İsmayılova, Enerji Məsələlərini Tənzimləmə Agentliyində çalışan vətən müharibəsi veteranı Nicat Əliyev, eləcə də Nazirliyin digər əməkdaşları çıxış edərək, 44 günlük Vətən müharibəsi nəticəsində tarixi şanlı qələbənin qazanılmasında vətənpərvər Azərbaycan gəncliyinin rolundan bəhs ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən, müasir Azərbaycan gəncliyinin inkişafı naminə dövlətimizin gənclərə qayğısından bəhs olunub. Dövlət idarəçiliyində gənc kadrlara geniş yer verildiyi, onların bilik və bacarıqlarının yüksək qiymətləndirildiyi, peşəkar gənc kadrların inkişafının daim diqqətdə saxlanıldığı vurğulanıb.

Tədbirdə Gənclər Gününə həsr olunmuş videoçarx izlənilib. 

Digər xəbərlər