23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Energetika Nazirliyində onlayn tədbir keçirilib.

Tədbirdə energetika nazirinin müavini Elnur Soltanov, nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov və Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov çıxış edib. Çıxışçılar dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, ölkəmizin idarəetmə sistemində mühüm rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi bu gün də dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Tədbirdə dövlət qulluğu sahəsində vacib olan məqamlar və  bu meyarların iş prosesində hər zaman rəhbər tutulmasının zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda dövlət qulluğu ilə əlaqədar islahatlarla bağlı məlumat verilib, bu sahədə normativ hüquqi bazanın daimi olaraq təkmilləşdirildiyi vurğulanıb. Dövlət qulluğu sahəsində səriştə modelinin tətbiqinin vacibliyi və dövlət qulluqçularının fərdi inkişaf planlarının hazırlanmasının əhəmiyyəti qeyd edilib.

Daha sonra nazirliyin müxtəlif strukturlarında dövlət qulluğu keçən əməkdaşlar bu sahədə təcrübələrini bölüşüblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Digər xəbərlər