Cari ilin 16 may tarixində Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avstriya şirkətləri ilə görüş keçirilib.

Avstriya Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri, Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya qoyulan strateji hədəflər barədə məlumat verilib. Ölkəmizin bərpa olunan enerji potensialı, o cümlədən dənizdə külək enerjisi resursları, sahə üzrə institusional mühit və müəyyən edilmiş hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar, gələcək planlar və s. kimi məsələləri özündə ehtiva edən təqdimat nümayiş etdirilib. Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün potensialın olduğu bildirilib.

Görüşdə iştirak edən şirkətlər tərəfindən öz profilləri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi və hidroenerji sahələrində potensial əməkdaşlıq imkanlarının ətraflı öyrənilməsinə maraq ifadə edilib.

Digər xəbərlər