<

Martın 30-da Energetika Nazirliyi yanında ictimai şuraya təkrar seçkilər keçirilib. Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 9 namizəddən 6-sı ictimai şuraya üzv seçilib. Beləliklə, 18 mart və 30 mart tarixlərində keçirilmiş seçkilərin ümumi nəticələrinə görə, ictimai şuranın 7 nəfərdən ibarət tərkibi seçilib. İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir:

1.    Adbullayeva Mehriban Əli qızı - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri 
2.    Cavadlı Mədaxil Məqatil oğlu - “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədr müavini
3.    Əliyev Fərhad Fəqan oğlu - “Beynəlxalq Ekoenergetika Akademiyası”nın vitse prezidenti
4.    Həsənov Sadiq Hüseyn oğlu - “Sağlam Həyata Doğru” İB-nin sədri
5.    Mehdiyeva Aybəniz İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədr müavini
6.    Nurməmmədov Qurban Rəcəb oğlu - “Energetika və Ekologiya” İB-nin təsisçisi
7.    Tahirov Camal Fərrux oğlu - “Azad İstehlakçılar” İB-nin Energetika Komissiyasının sədri

Energetika Nazirliyi yanında ictimai şuranın 15.04.2021-ci il tarixli protokoluna əsasən, səsvermə yolu ilə Camal Tahirov ictimai şuranın sədri, Qurban Nurməmmədov sədr müavini, Fərhad Əliyev isə ictimai şuranın katibi seçilmişdir.

Digər xəbərlər