Mayın 7-də Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib. 
Təbiətin qorunması, ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması və yaşıllıqların salınmasına ictimai diqqətin yönəldilməsi və məlumatlılığın artırılması məqsədilə təşkil edilmiş aksiyada nazirliyin aparatının və tabeli qurumların əməkdaşları iştirak ediblər. 
Aksiya zamanı Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində müxtəlif növ ağaclar əkilib, abadlıq işləri aparılıb və ətraf ərazi tullantılardan təmizlənib.
Ulu öndər Heydər Əliyev hər zaman ətraf mühitin qorunması və ekoloji vəziyyətin sağlamlaşdırılması işinə böyük önəm verib. Ümummilli lider tərəfindən əsası qoyulan ekoloji siyasət, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələri uğurla davam etməkdədir. Bü gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılmasının təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” sosial-iqtisadi inkişafa dair milli prioritetlərimizdən biri kimi müəyyənləşdirilib.
 

Digər xəbərlər