<

Bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Fəaliyyət üçün Çərçivə sənədi imzalanıb. Sənədi Azərbaycan tərəfindən Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən isə “Masdar” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb.  Energetika Nazirliyi “Masdar” şirkəti ilə koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpa olunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcək. Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpa olunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək.  
Qeyd edək ki, “Masdar” bərpa olunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. “Masdar” BƏƏ daxil olmaqla, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpa olunan enerji layihələri həyata keçirib.  

Digər xəbərlər