Energetika naziri Pərviz Şahbazov Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edib.

Qlobal enerji layihəsi olan Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa diqqət çəkən nazir, Yunanıstanla Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Şahdəniz-2 qazının alıcısı kimi əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Yunanıstanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında təmsil olunması yüksək qiymətləndirilib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə Komissiya”nın növbəti iclasının keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər