<

Energetika naziri Pərviz Şahbazov bu gün Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Yevlax şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin ehtiramını bildirib.        

Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, təbii qazla təmin olunma, sayğaclaşdırma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. 

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu zamanı Goranboy və Mingəçevirdən qəbula gələn vətəndaşların da müraciətləri dinlənilib və operativ həlli üçün lazımi göstərişlər verilib.

Qəbulda 9 vətəndaşın müraciətinə baxılıb.

Digər xəbərlər