<

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyində vətəndaşları qəbul edib. Qəbulda Bakının Qaradağ və Nizami rayonundan, eləcə də Şirvan şəhərindən olan 10-a yaxın vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, elektrik xətlərinin dəyişdirilməsi, qaz sayğaclarının yenilənməsi, tikinti obyektlərinin qaz təchizatı şəbəkəsinə qoşulması, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.

Digər xəbərlər