- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşlarla görüşəcək
İyulun 26-da Energetika naziri və nazir müavinləri respublikamızın şimal-qərb bölgəsinə səfər edəcək. Nazir Pərviz Şahbazov həmin gün Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialının inzibati binasında (ünvan: Şəki şəhəri, Oğuz şosesinin cənub hissəsi) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarının, nazir müavini Elnur Soltanov isə Zaqatalada Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək.
Vətəndaşların qəbulu saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40), saat 14:00-da isə Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs İmdad Nəbiyev, əlaqə telefonları: (+99424) 245-21-35, (055) 755-29-80, (050) 582-65-70, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.