- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika naziri və nazir müavinləri Masallı, Ağsu və İsmayıllıda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2020-ci il üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, martın 13-də Energetika naziri Pərviz Şahbazov Masallı şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qarabağ küçəsi 17) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağsuda sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (Azərbaycan küçəsi 25) təşkil olunacaq. Nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 57) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Masallı rayonu üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Famil Əliyev, tel: (050) 235-17-57, email: lankaran@regulator.gov.az, office.lankaran@regulator.gov.az), Ağsu və İsmayıllı rayonları üzrə isə Agentliyin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, tel: (050) 509-80-50, email: kurdamir@regulator.gov.az, office.kurdamir@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazılmaq mümkündür.