<

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, dekabrın 20-də Energetika naziri Pərviz Şahbazov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialının inzibati binasında (ünvan: Bakı prospekti 17) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Göyçay Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 109) təşkil ediləcək. Nazir müavini Elnur Soltanov isə Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.azkurdamir@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər